Oktyabrın 7-də Yaxın Şərqdə növbəti eskalasiya başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 4 min 385-ə yüksəlib.
AzerTimes xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həyatını itirənlər arasında 1756 azyaşlı, 967 qadın var.
Yaralıların sayı isə 13 561 nəfərə çatıb.