İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 3,5 mini keçib, 12 mindən çox insan yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“3500-dən çox ölü və 12 mindən çox yaralı var”, – məlumatda deyilir.
Qeyd olunur ki, İordan çayının qərb sahilində 69 fələstinli həlak olub, 1,3 mindən çoxu yaralanıb.