Fələstin-İsrail münaqişəsi başa çatdıqdan sonra HƏMAS Qəzza zolağına nəzarət edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“HƏMAS artıq Qəzzaya nəzarət edə bilmir. Bəs Qəzzaya kim nəzarət edəcək? Düşünürəm ki, bunu yalnız bir siyasi qüvvə – Fələstin Milli Administrasiyası edə bilər”, – Borrell bildirib.