Qəzza zolağının şimalına 50 yük maşınından ibarət humanitar yardım çatdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Aviçay Adrai məlumat verib.
Qeyd edək ki, daha öncə HƏMAS İsrailin humanitar yük maşınlarının Qəzza zolağının şimalına daxil olmasına icazə verməli və fələstinli məhbusların azad edilməsi üçün razılaşdırılmış kriteriyalara riayət etməli olduğunu bəyan edib.