Qəzza zolağında əsl fəlakətin baş verməsinə cəmi 24 saat qalıb, su, elektrik və yanacaq ehtiyatları tükənib.
AzerTimes xəbər verir ki, bu barədə ÜST-nin Şərqi Aralıq dənizi ofisinin rəhbəri Əhməd Mandhari bildirib.
O qeyd edib ki, Qəzza zolağı hazırda “Rəfah” sərhəd-keçid məntəqəsində ilişib qalmış yardım karvanlarını qəbul etməlidir:
“Yardım vaxtında çatmasa, həkimlər xəstələri üçün ölüm şəhadətnaməsi hazırlamalı olacaqlar”.