Qəzza zolağında atəşkəs razılaşması üzrə yeni danışıqlar avqustun 21-də Qahirədə keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə xarici media yazıb.
Mənbələr qeyd edib ki, Qahirə görüşündə müəyyən razılaşma əldə oluna bilər.
Qeyd edək ki, Qətər, Misir, ABŞ və İsrailin iştirak etdiyi Qəzza zolağında atəşkəs üzrə danışıqlar ötən gün Dohada keçirilib. HƏMAS rəhbərliyi konkret atəşkəs şərtlərinin olmaması səbəbindən danışıqlarda iştirakdan imtina edib.