Qəzza ilə bağlı danışıqlar bu tarixdə olacaq

Qəzza ilə bağlı danışıqlar bu tarixdə olacaq

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsin əldə edilməsinə dair danışıqlar bazar günü, martın 31-də Qahirədə bərpa olunacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-ixbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Misir və Qətər İsrail və HƏMAS arasında vasitəçi rolunda çıxış edərək danışıqlar prosesində irəliləyiş əldə etmək üçün birgə səyləri davam etdirirlər.

Rəsmi olaraq, Misir hakimiyyəti hələlik məsləhətləşmələrin bərpasına münasibət bildirməyib.

Teqlər: