Qəzza darmadağındır: 187 min köçkün var

Qəzza darmadağındır: 187 min köçkün var

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində məcburi köçkünlərin sayı 187 minə çatıb.

AzerTimes xəbər verir ki. bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

Bildirilib ki, 83 məktəb binasında ən azı 137 min insan məskunlaşıb, 50 min insan isə evsizdir.

Qəzzada sığınacaqlar çox olsa da, su məhdudiyyəti var. Üstəlik, İsrail Qəzzanın su, elektrik, qaz xəttini dayandırıb.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS-ın Qəzzadan İsrailə kütləvi hücumu ilə İsrail-HƏMAS müharibəsi başlayıb.

Teqlər: