Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin uçuş qeydlərinin (qara qutularının) deşifrəsini başa çatdırıb.
AzerTimes xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat verib.
“İki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – deyə bildirilib.
Departament artıq Qazaxıstanın hakimiyyət orqanlarına müvafiq məlumat göndərib.