Qəzaya uğrayan avtomobillərdə sıxılı qalmış 4 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 31 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə
qalma, 1 intihara cəhd və 2 avtonəqliyyat qəzası faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i
azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhərinin Suraxanı və
Nərimanov rayonlarında baş vermiş avtoqəzalar nəticəsində
deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə
qalmış 4 nəfər və Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara
cəhd edən 1 nəfər xilas edilib.

Teqlər: