Şəmkir rayonunda baş vermiş avtomobil qəzasının bəzi təfərrüatı məlum olub.
AzerTimes Report-a istinadla xəbər verir ki, qəza nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Həbib Rzayev bölgədə tanınmış müğənnidir.
Qəza nəticəsində dünyasını dəyişən isə onun oğlu, 2007-ci il təvəllüdlü İlkin Rzayevdir.
Mərhum Şəmkir rayonunda təşkil olunan bir çox tədbirlərdə öz ifası ilə tanınırmış.
Qeyd edək ki, hadisə mayın 4-də Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində, “Yasamal” aşırımı deyilən yerdə baş verib. Belə ki, “Nissan” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində daha 3 nəfər, Samir Salahov (1987), Məhəmməd Həsənov (1995) və 3 yaşlı uşaq da xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.