Bir həftə öncə dəhşətli avtomobil qəzasına düşən amerikalı aktrisa Enn Heç vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə “Qardian” nəşri yazıb.
Qeyd edilir ki, sükan arxasında olan aktrisa Los-Ancelesdə qəza törədib. O, avtomobili ilə öncə digər maşına, sonra isə binaya çırpılıb. Hadisədən sonra xəstəxanaya yerləşdirilmişdi.
1969-cu ildə Ohayo ştatında doğulan aktrisa “Vulkan”, “Donni Brasko”, “6 gün, 7 gecə” kimi ekran əsərlərindəki rolları ilə məşhurlaşmışdı. O, 1991-ci ildə “Başqa dünya” filmindəki roluna görə Emmi mükafatı almışdı.