Qəzaya düşən blogerin son durumu açıqlandı

Qəzaya düşən blogerin son durumu açıqlandı

Avqustun 15-i qəzaya düşən bloger Nicat Mütəllimovdo müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb.

AzerTimes xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Mütəllimovun vəziyyəti stabil olaraq qalır. Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir”.

Teqlər: