Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
AzerTimes xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.
“Körpünün bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Körpüyə gedən yolda qaz xəttinin çəkilməsi ilə bağlı tədbirlər görülür. Yol açıqdır”, – deyə E.Qocayev vurğulayıb.
Xatırladaq ki, bundan öncə Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı ilə bağlı məlumat yayılmışdı.