Sakinlər 48-60 kvadratmetrlik mənzillərə görə dəyərindən qat-qat yuxarı məbləğ tələb edirlər. Yüz min AZN-dən çox olan mənzilin qarşılığında bizdən 700 000 manat istəyirlər.
AzerTimes xəbər verir ki, bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində mənzil-tikinti kooperativlərindən birinin direktoru Elnur Hüseynov deyib.
O, ilkin mərhələdə sökülməsi nəzərdə tutulan dörd binada yerləşən 129 mənzildən 85-nin boşaldığını, mənzil sahiblərinin şirkət tərəfindən kirayə evlərə yerləşdirildiyini bildirib.
“Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, Nizami rayonunun Kamil Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsində yerləşən istismar müddəti bitmiş binaları sökərək əvəzində yeni müasir tikililərin olması nəzərdə tutulsa da, bəzi sakinlər hələ də tikinti şirkəti ilə razılaşıb, mənzillərini tərk etmirlər”.
Qeyd edək ki, Nizami rayonunun Kamil Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsində müasir çoxmərtəbəli binaların 2026-cı ilə qədər tikilməsi nəzərdə tutulur.
Ətraflı videomaterialda: