Xəbər - İlhamə İsabalayeva – Trend:
Etiraf edək ki, qəzalı ağac adından sui-istifadə edənlər var. Halbuki, qanunvericilikdən irəli gələn məsələlər hamımız üçün prioritet olmalıdır.
AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov “Ekspert saatı”nda deyib.
O qeyd edib ki, qəzalı ağaclarla bağlı müraciət edildikdə ona dərhal cavab verilir:
“Qəzalı ağacların harada budanmasına ehtiyac varsa, budanır, harada ehtiyac varsa, oradan götürülr. Qəzalı ağacın da götürülməsi proseduru var. Budanma xidmətinin bizə heç bir aidiyyəti yoxdur”.