Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin
icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen
xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini
davam etdirir.
FHN-dən AzerTimes-a verilən
məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər
əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka
ərzində 21 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1
avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insanların həyatının xilas
olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 9
nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda “Toyota” və
“Land Rover” markalı iki minik avtomobilinin toqquşması nəticəsində
deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə
qalmış 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Yasamal
rayonunda 1939-cu il təvəllüdlü Musayev Arif Sadıx oğlunun meyiti
bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil
verilib.