Qəzada ölən sədr müavini məmur oğlu imiş

Qəzada ölən sədr müavini məmur oğlu imiş

Xəbər verdiyimiz kimi, Sabirabadda baş verən zəncirvari avtomobil qəzasında YAP Salyan rayon təşkilatının sədr müavini 1997-ci il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmov həyatını itirib.

AzerTimes Unikal-a istinadən xəbər verir ki, o, Salyan Rayon İcra Hakimiyyətində sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Məhərrəmovun oğludur.

Qeyd edək ki, avqustun 2-də Sabirabad rayonunda iki minik və bir yük maşınının toqquşması nəticəsində Fazil Məhərrəmov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alıb.

Teqlər: