Sabirabadda dəhşətli yol qəzasında ölənlərdən biri müəllim olub.
AzerTimes Tns.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Salatın Rəhman qızı Abuzərova Şirvan şəhərindəki orta məktəblərdən birində müəllim işləyirmiş. Əslən Sabirabad rayonundan olan S.Abuzərova səhər saatlarında yeni aldığı “Daevoo” markalı avtomobillə dərsə gedərkən qəzaya düşüb. S.Abuzərova hadisə yerində dünyasını dəyişib.
Xatırladaq ki, bu gün səhər saatlarında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində olub.
“Toyota” markalı avtomobillə “Daevoo” markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.