Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda məsuliyyətə cəlb edilməyəcək – Qaydalar dəyişir

Xəbər - Elçin Mehdiyev – Trend:

Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir.

AzerTimes-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasına müzakirə edilib.

Dəyişikliyə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Teqlər: