“Maykrosoft”un təsisçisi Bill Qeyts ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyasına 50 milyon dollar bağışlamış ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məsələ ilə bağlı məlumatlı həmsöhbətlərinə istinadən yazıb.
Qəzetin yazdığına görə, Qeyts Harrisi açıq şəkildə dəstəkləmədiyi üçün belə bir ianə gizli qalıb.
Qeyd olunub ki, amerikalı milyarder respublikaçı Donald Trampın ikinci prezidentliyinin necə olacağından narahatdır.
Onun ən böyük narahatlığı Tramp seçiləcəyi təqdirdə ailə planlaması və qlobal sağlamlıq proqramlarının potensial kəsilməsidir.
Eyni zamanda, bildirilib ki, Qeyts hər iki namizədlə əməkdaşlığa hazırdır.