Hazırda Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin əsas səbəbi şimal-qərbdən ölkə ərazisinə daxil olan siklonik prosesdir.
AzerTimes xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.
Onun sözlərinə görə, siklonun arxa hissəsində formalaşan atmosfer cəbhəsinin təsiri nəticəsində təhlükəli ildırım bulud sistemləri formalaşır:
“Nəticədə şimşək çaxır, leysan xarakterli yağış yağır. Həmçinin siklonik sinoptik şərait üçün xarakterik olan arabir güclənən şimal-qərb küləkləri müşahidə olunur. Bu proseslər mütəmadi olaraq tərəfimizdən izlənilir və bu barədə aidiyyəti təşkilatlar, kütləvi informasiya vasitələri məlumatlandırılır. Müşahidə olunan faktiki hava şəraiti və gözlənilən proqnoztik məlumatlar prosesinin intensivliyindən asılı olaraq gün ərzində bir neçə dəfə yenilənərək Xidmətin sosial şəbəkə platformalarında yayımlanır”.
Əkbər Əsgərov qeyd edib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir:
“Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. İyunun 21-22-də bəzi bölgələrdə əvvəlcədən verilən sarı,