Qeyri-sabit hava şəraitində yollarda niyə tixac olur? – Ekspert rəyi

Xəbər - Elçin Mehdiyev – Trend:

Qeyri-sabit, yəni qar, yayğış, şaxta kimi hava şəraiti hər zaman özü ilə müxtəlif problemlər gətirir. Bu problemlərdən biri də yollarda tıxacların əmələ gələmsidir.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, burada üç əsas səbəb mövcuddur:

“Birincisi obyektiv təbii səbəbdir. Yağış, qar yağırsa, yollar yaşdırsa, duman varsa, avtomatik olaraq sürət aşağı endirilməlidir, ara məsafəni çox götürmək lazımdır. Yəni belə hava şəraitində maksimum diqqətli olmaq, asta sürətlə hərəkət etmək lazımdır. Bu amillər yollarda sıxlığı artırır.

Digər səbəb isə infrastrukturla bağlıdır. Yağış yağan zaman yollarda gölməçələr əmələ gəlir, su yığıntıları qalır. Sürücülər həmin gölməçələrin dərinliyini bilmir, oradan ehtiyyatla, yavaş keçməli olur. Eyni zamanda, yağışlı hava şəraitində görmə pisləşir, yollarda işıqlandırma sistemində problem yaranır, sürücü qabağı görməkdə çətinlik çəkir.

Başqa bir səbəb odur ki, qeyri-sabit hava şəraitində insanlar maksimum dərəcədə fərdi avtomobildən istifadə edirlər, çünki kimsə yaxşı havada ictimai nəqliyyatdan istifadə edrdisə, qeyri-sabit hava şəraitində fərdi avtomobildən istifadəyə üstünlük verir.

Bu hər üç səbəb tıxacların yaranmasına gətirib çıxarır”.

Teqlər: