Yaxın günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam
edəcəyi gözlənilir.
Trend xəbər verir ki, bunu Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert
saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva
deyib.
Onun sözlərinə görə, 19 martda yağışın intensivliyi azalacaq:
“Sabah günün birinci yarısında fasilələrlə yağıntılı olacaq. 20
martda da yağıntı güclənəcək. Paytaxda havanın temperaturu 3-5
dərəcə arasında olacaq”.