Qeyri-sabit hava nə qədər davam edəcək?

Qeyri-sabit hava nə qədər davam edəcək?

Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə sulu qar və qar yağır. Hazırkı hava şəraiti sabah gün ərzində də davam edəcək.

Bu barədə AzerTimes-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

“Yanvarın 24-ü axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Artıq yanvarın 25-dən bölgələrdə və paytaxtda hava şəraitinin nisbətən sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir”, – o deyib.

Teqlər: