Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri təxribat törətməyə cəhd göstərib – MN

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə
şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin
üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə
cəhd göstərib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə. dərhal
görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı
dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin
komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat
verilib.
Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat
şəraiti bölmələrimizin nəzarəti altındadır.

Teqlər: