2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8%, qeyri-neft emal sənayesində isə 21,7% artıb.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.
Nazir qeyd edib ki, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6%-ə çatıb.
“Bu da 2020-ci (8,5%) və 2019-cu (7,6%) illərlə müqayisədə daha yüksək göstəricidir”, – M.Cabbarov deyib.