2022-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunun özəl
bölməsi üzrə daxilolmalar 44,9% artaraq 1 mlrd. 76,7 mln. manat
təşkil edib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.
“Neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla,
özəl sektordan vergi daxilolmaları 51,9% artaraq 939,8 mln. manata
çatıb”,- nazir deyib.