Qeyri-neft sektoruna investisiya qoyuluşu artıb – Nazir

Qeyri-neft sektorunda əsas kapitala yönəldilmiş investisiyaların
həcmində müsbət dinamika qeydə alınıb.


Trend
-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.

M.Cabbarov qeyd edib ki, 2022-ci ilin yanvar-fevral aylarında bu
sektorda sərmayələrin artım tempi 12,1% təşkil edib.

“ABƏŞ istisna olmaqla, özəl mülkiyyətli müəssisələrdə
investisiyaların artım tempi isə 10,7% olub”, – nazir bildirib.