“İxrac icmalı”nın aprel sayına əsasən, 2022-ci ilin yanvar-mart
ayları ərzində Azərbaycanın ixracı 8 mlrd. ABŞ dolları, qeyri-neft
sektoru üzrə 727,2 mln. ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən
AzerTimes-a verilən məlumata görə,
qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 225,6 mln.
ABŞ dolları və ya 45% artıb.
2022-ci ilin yanvar-mart ayları ərzində meyvə-tərəvəz məhsulları
ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% artaraq 124,9 milyon ABŞ
dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi
məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan
məmulatların ixracı 63,9%, qara metallar və onlardan hazırlanan
məmulatların ixracı 48,7%, pambıq iplik ixracı 29,3%, pambıq lifi
ixracı isə 5,6% artıb.
2022-ci ilin mart ayı üzrə ixrac 2 mlrd ABŞ dolları təşkil edib.
Qeyri-neft sektoru üzrə ixracda artım 55,9% təşkil etməklə 265,5
mln ABŞ dolları olub. 2022-ci ilin mart ayı ərzində yeyinti
məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6%
artaraq 48,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə
70,1% artaraq 216,7 milyon ABŞ dolları təşkil edib.