Xəbər - Elçin Mehdiyev – Trend:
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi
sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-fevral aylarında 13,1
milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə
4,6 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda
məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 20,8 faiz
artıb.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, sənaye məhsulunun 72,9
faizi mədənçıxarma sektorunda, 22,4 faizi emal sektorunda, 4,2
faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların
təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 faiz azalmış,
əmtəəlik qaz hasilatı isə 17,8 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 5,1 dəfə,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, tikinti
materiallarının istehsalı 83,8 faiz, elektrik avadanlıqlarının
istehsalı 78,2 faiz, mebel istehsalı 75,9 faiz, hazır metal
məmulatlarının istehsalı 53,6 faiz, kimya sənayesi məhsullarının
istehsalı 48,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların
istehsalı 44,5 faiz, maşın və avadanlıqların istehsalı 43,3 faiz,
əczaçılıq məhsullarının istehsalı 42,6 faiz, metallurgiya sənayesi
məhsullarının istehsalı 41,8 faiz, kompüter, elektron və optik
məhsulların istehsalı 39,6 faiz, poliqrafiya məhsullarının
istehsalı 37,0 faiz, neft məhsullarının istehsalı 25,4 faiz, kağız
və karton istehsalı 24,6 faiz, rezin və plastik kütlə
məmulatlarının istehsalı 23,2 faiz, qida məhsullarının istehsalı
14,1 faiz, geyim istehsalı 12,3 faiz artıb.
Maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,7
faiz, tütün məmulatlarının istehsalı 10,3 faiz, toxuculuq sənayesi
məhsullarının istehsalı 11,2 faiz, içkilərin istehsalı 15,6 faiz,
ağacın emalı və ağacdan məmulatların istehsalı 27,8 faiz
azalıb.