Qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin
həcmi bu ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə
17,9% artıb.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, 2021-ci ilin yanvar-aprel aylarında bu
göstərici 2020-сi ilin eyni dövrünə nisbətən 15,2% az idi.