Qeyri-neft məhsullarının ixracı 40 faiz artıb – Mikayıl Cabbarov

2022-ci ilin yanvar-fevral aylarında qeyri-neft məhsulları
ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% artaraq
461,5 mln. dollar təşkil edib.


Trend
-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.

“Bu, qeyri-neft sektorunda ixrac potensialının və milli
iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət
nəticəsidir”, – nazir deyib.

Teqlər: