Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 284,53 mln. ABŞ dolları təşkil edib.
AzerTimes xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (Azpromo) məlumatına görə, bu, 2022-ci ilin analoji ayı ilə müqayisədə 22,6 faiz çoxdur.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 mln. dollara bərabər olub.