Tovuzda qətlə görə tutulan şəxslərin digər cinayət əməlləri də üzə çıxıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri – R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən 3 baş qoyun, iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən 2 baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar.
Araşdırma aparılır.