Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani İrana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Əl-Taninin Doha ilə Tehran arasındakı münasibətləri, eləcə də əsas regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Qətər son həftələr Qəzzada atəşkəslə bağlı aparılan danışıqlarda fəal rol oynayıb.