Qətərə 13 tələb əvəzinə 6 tələb olunacağı bildirilir

Qətərə 13 tələb əvəzinə 6 tələb olunacağı bildirilir

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətərə irəli sürdüyü 13 maddəlik tələbi geri çəkdiyi və yerinə 6 əsas tələbi irəli sürəcəyi iddia edilir.

4 ölkə bu tələblər yerinə Qətərə qarşı “terror və radikalizmlə mübarizə, terror qruplarına pul və təhlükəsiz ərazilərin tapılmasına kömək etməmə, nifrət və şiddətin artmasına yol verməmə, digər ölkələrin daxili işlərinə müdaxilə etməmə” tələblərini irəli sürəcəklər.

Qeyd edək ki, 13 maddəlik tələbdə terrorizmə dəstəyə son qoymaq, Türkiyənin Qətərdəki hərbi bazasının bağlanması, “Al Jazeera” telekanalının bağlanması və s. məsələlər var idi.