Qətər Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır.
AzerTimes xəbər verir ki, bu barədə Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdulla əl-Xinzab Qətər Dövlətinin milli bayramına həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkəsi iki ölkə arasında ticarət dövriyyəsini və investisiya imkanlarını artırmaqla Azərbaycanla münasibətləri inkişaf etdirməyə və tərəfdaşlığı daha da gücləndirməyə sadiqdir.