Qətərdə koronavirusa yoluxanların sayı 156 804 nəfərə çatıb

Qətərdə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 453 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sonxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Qətərdə koronavirusa yoluxanların ümumi sayı 156 804 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək ölkədə koronavirusa yoluxanlardan 148 137 nəfəri sağalıb, 255 nəfəri isə vəfat edib.