Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək “Əl-Tumama” stadionu açılıb

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının oyunlarını qəbul edəcək “Əl-Tumama” stadionu istifadəyə verilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Dünya Çempionatın keçirilməsi və mirası üzrə Ali Komitənin mətbuat xidməti bildirib.

Stadion Qətərin paytaxtı Dohada yerləşir. Bu, Qətər memarı İbrahim Cayda tərəfindən layihələndirilən ilk stadiondur.


Stadion 40 min tamaşaçı tutumuna malikdir.

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino bildirib: “”Əl-Tumama” stadionu ölkə üçün böyük əhəmiyyət kəsb edən daha bir sənət əsəridir. Mənim arzum tezliklə Yaxın Şərqdə keçiriləcək ilk dünya çempionatının şahidi olmaqdır”.

Teqlər: