Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani və BMT-nin Baş katibi Antonio Quterreş telefonla danışıb.
AzerTimes xəbər verir ki, bu barədə QNA xəbər agentliyi məlumat yayıb.
Tərəflər Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəslə bağlı danışıqlar prosesini koordinasiya edən vasitəçilərin səylərini müzakirə ediblər.
BMT-nin baş katibi Qətərin baş nazirinə Fələstin probleminin ədalətli, hərtərəfli və davamlı həllinə yönəlmiş səylərə görə təşəkkür edib.
Avqustun 15-16-da Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı Dohada məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Danışıqlarda İsraildən nümayəndə heyətləri və ABŞ, Misir və Qətərdən vasitəçilər iştirak ediblər. Tərəflər növbəti görüşü gələn həftənin sonunadək Qahirədə keçirmək barədə razılığa gəliblər.