Qətər hökuməti Türkiyədə zəlzələ qurbanlarına yardım məqsədilə daha 1400 konteyner ev göndərəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Qətərdəki səfiri Mustafa Göksu deyib.
O, evlərin bütünlüklə zəlzələdən zərər çəkənlərə verilməsi üçün Qətər İnkişaf Fondu ilə çalışdıqlarını söyləyib.
Qeyd edək ki, daha əvvəl rəsmi Doha Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə 10 min konteyner göndəriləcəyini açıqlamışdı.