“Qətər Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Türkiyə səmasından keçərkən turbulent zonaya düşməsi səbəbindən 12 nəfər xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, yaralılardan 6-ı ekipaj heyətindəndir, 6-sı isə sərnişindir.
Qeyd edək ki, təyyarə Doha – Dublin marşrutu üzrə hərəkət edirmiş.