Şahzadə Çarlz 2011-2015-ci illər arasında Qətərin baş naziri olmuş Şeyx Həməd bin Casim bin Cabir Əl Tani iki dəfə külli miqdarda nağd pul alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Meil” nəşri yazıb.
Ümumilikdə, Uels şahzadəsinə 3 milyon avro nağd pul verilib. Pulun 1 milyon avrosunu Şeyx özü çamadanda və 820 min funt sterlinqini səyahət çantalarında təhvil verib.
Nağd pullar Çarlzın “Coutts” bankındakı hesabına yönləndirilib. Daha sonra həmin pullar Şahzadə Çarlzın Xeyriyyə Fondunun hesabına yönləndirilib.
Şeyx Həməd bin Casim bin Cabir Əl Tani Britaniya kral ailəsinin yaxın dostu hesab olunur.