Qətərə barışıq üçün şərtlər irəli sürən ərəb ölkələrinin cavabını verdi.
Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirliyi rəsmi cavab almaları barədə rəsmi bəyanat yayıblar.
“Uyğun şərtlər olarsa, dialoqa hazırıq” – Qətər
Lakin diplomatik böhranın yaşandığı Qətərin nə cavab verdiyi açıqlanmayıb. “Ortaq cavab müəyyən vaxtdan sonra açıqlanacaq” deyə qeyd edilib.
Qeyd edək ki, ərəb dövlətləri Qətərə 13 şərt irəli sürüblər. Şərtlər arasında Qətərin İranla əlaqəsini kəsməsi, “Əl-Cəzirə” kanalının bağlanılması, Türkiyənin Qətərdəki hərbi bazasının bağlanılması və s. kimi maddələr var.
Qətərə bu şərtlərə cavab vermək üçün 48 saat vaxt verilmişdi. Adıçəkilən dövlətlər ilə Qətər arasında vasitəçiliyi Küveyt edib.