Qətər öz ərazisində yaşayan HƏMAS üzvlərinə hücum etməmək barədə İsrailin öhdəlik götürməsini tələb edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.
“Ölkəmizdə yaşayan HƏMAS-ın yüksək vəzifəli üzvlərinə hücum etməmək barədə öhdəlik götürün”, – Qətər hökumət nümayəndələrindən biri deyib.