Qətər HƏMAS hərəkatını israilli məhbusları azad etməyə razı salmağa çalışır.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Nəşrin məlumatına görə, Türkiyə, Misir və Qətər İsrail və HƏMAS ilə danışıqlar apararkən ABŞ-la da əlaqələri dəstəkləyir.
“HƏMAS-ın siyasi ofisinin yerləşdiyi Doha qruplaşmanı onlarla girovu azad etməyə razı salmağa çalışır”.
Bildirilib ki, Qətər inanır ki, girovların azad edilməsi gərginliyi azaldacaq.