DÇ-2022-nin 1/4 final mərhələsinin Mərakeş – Portuqaliya oyununu izləyənlər arasında Qətər əmiri Qətər əmiri Şeyx Təmim bin Hamad əs-Sani də olub.
AzerTimes xəbər verir ki, Qətər əmiri Mərakeşin qələbəsinə sevincini açıq şəkildə nümayiş etdirib. Qətər əmiri qələbəni Mərakeşin bayrağını açmaqla qeyd edib.
Qeyd edək ki, Mərakeş Portuqaliyaya 1:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.