Rusiya və Qərb eyni planetdə yaşayırlar və buna görə də qarşılıqlı fəaliyyətə məhkumdurlar.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
“Amma çox təəssüf ki, qarşı tərəf bunu anlamaq istəmir. Hər dəfə ümumbəşəri olan hissədən imtina edən Qərb bununla özünü və gələcəyini yoxsullaşdırır. Rusiyada Qərb fobiyası yoxdur. Hazırkı qarşıdurmanı dəf etməyə hazırıq, lakin bu bizim maraqlarımızın zərərinə olmamalıdır”, – Matviyenko bildirib.