Rusiya ilə Qərbi Avropa ölkələri arasında dialoq o zaman baş tuta bilər ki, onlar maraqlar balansını qorumağa hazır olsunlar, lakin hələlik bunun üçün heç bir ilkin zəmin yoxdur.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bosniyanın ATV telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, dialoq o zaman uğurlu ola bilər ki, Qərbi Avropa ölkələri hamını və hər şeyi özünə tabe etmək, digər regionların, istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiyanın işlərinə qarışmaq kimi müstəmləkəçilik siyasətinin tam mənasızlığını dərk etsin.
“Onlar öz əməkdaşlığını güc balansı üzərində deyil, qanuni maraqlar balansı üzərində qurmağa hazır olduqda, perspektivli söhbət baş tuta bilər”, – Lavrov qeyd edib.